Ən stresli qadınların yaşadıqları yer tapıldı - ARAŞDIRMA

Ən stresli qadınların yaşadıqları yer tapıldı - ARAŞDIRMA
MARAQLI
15:14 28.06.2011
1901

Meksikalı qadınlar streslərinə görə 74%-lə ikinci sırada yer alarkən, üçüncü sıranı rus qadınları 69%-lə tutub. İEÖ-də stresli qadınların sayı İspaniyada 66%, Fransada 65%, amerikan qadınlarının isə 53%-i stresli olduqları hesab olunur.

İnkişaf etməkdə olan ölkələrdəki qadınların 80%-i qızlarının daha sabit maliyyə vəziyyətinin yaxşı olacağına, 83%-i isə təhsil sahibi olacağını ifadə edərkən, inkişaf etmiş ölkələrdə isə qadınların sadəcə 40%-i qızlarının daha maliyyə vəziyyətinin yaxşı olmasını, 54%-i isə daha artıq təhsil şansına sahib olacaqlarını düşünürlər.

Araşdırmaya görə, ən pozitiv qadınların yaşadığı Türkiyədə qadınların 92%-i qızlarının özlərindən daha varlı olacağını düşünürlər. Türkiyəni 89%-lə Nigeriya və Malayziya izləyir.

Harda olmaqlarından asılı olmayaraq qadınlar kişilərdən texnoloji imkanlardan daha çox yararlanırlar. Kişilərlə müqayisədə qadınlar mobil telefonla hər ay 28% çox danışır və 14% daha çox sms göndərirlər. Qadınlar sosial şəbəkə və saytlara da kişilərdən daha çox müraciət edirlər.

Həm İEÖ-də, həm İEOÖ-də qadınlar bütün texniki vasitələrin onların həyatlarını müsbət istiqamətdə dəyişdirdiklərini bildiriblər.

Fevraldan başlanan sorğu aprel ayına qədər davam edərək Türkiyə, Rusiya, Cənubi Afrika, Nigeriya, Çin, Tayland, Hindistan, Malayziya, Meksika, Braziliya, ABŞ, Kanada, İngiltərə, İtaliya, Fransa, Almaniya, İspaniya, İsveç, Yaponiya, Avstraliya və Cənubi Koreyada aparılaraq 6500 qadını əhatə edib.

Günel Əbilova

//Merkez.az

 

OXŞAR XƏBƏRLƏR