Azərbaycan turistləri Dubaya təhlükəsiz təyyarələrlə uçacaq
MARAQLI
07:48 23.06.2011
1627
Paris aviasalonu çərçivəsində imzalanmış OnPoint tipli saziş flydubai-ın Boeing 737-800 NG tipli təyyarələrində təchiz edilmiş hər bir CFM56-7B mühərikki üçün 2 mln. ABŞ dolları həcmində investisiya yatırımı nəzərdə tutur. Müqavilənin ümumi həcmi 300 mln. ABŞ dollarından artıqdır.
flydubai şirkətinin başçısı Qeyt Əl Qeyt bəyan edib: “flydubai hava donanmasının qorunması, uçuş heyətinin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə daim tərəfdaş və xidmət təchizatçılarının axtarışındadır. Bu müqavilənin imzalanması müasir təyyarələrimizin mühərriklərinin qorunub saxlanmasını təmin edəcək”.
2011-ci il, iyunun 1-də iki illiyini qeyd etmiş flydubai aviaşirkətinin donanması hal-hazırda 17 təyyarədən ibarətdir. Yaxın aylarda aviadonanmanın artırılması planlaşdırılır. GE İnternational İnc. vitse-presidenti, eyni zamanda, satış üzrə baş mütəxəssisi Məhəmməd Əl-Ləmadinin dediyinə görə, “flydubai Boeing 737 tipli 50 təyyarə sifariş edib. Bu təyyarələr Fars körfəzi, Şimalı Afrika, Asiya və Avropa sərhədlərinəcən uçuşlar həyata keçirir. Sazişə əsasən GE Aviation flydubai təyyarələrinin CFM56-7B tipli mühərriklərinə xidmət göstərməklə yanaşı zəruri ehtiyat hissələri ilə təmin edəcək”.
OnPoint tipli sazişlər aviadonanmanın sayından asılı olmayaraq, müştərinin əməliyyat və maliyyə tələbatına uyğun olaraq işlənib hazırlanır. Bu istismar xərclərinin azaldılması və aviaşirkətlərə vəsaitlərini daha səmərəli istifadə etmələrinə imkan verir. OnPoint texniki xidməti əsaslı təmir, yeni və istifadə edilmiş ehtiyat hissələrinin təchizatı və təmiri, texnologiyaların yenilənməsi, mühərriklərin icarəsi, qurucu sistemlərin diaqnostikası və mühafizəsini nəzərdə tutur.
flydubai fəaliyyətini sadə model üzrə qurur: müştəri yalnız arzu etdiyi xidmətlərin haqqını ödəyir. Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. 20 kiloya qədər olan baqaj yükünün qiyməti 15 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 10 ABŞ dolları ödəmək lazımdır. flydubai uçuşlarını Dubai beynəlxalq hava limanının şimal səmtindəki müasir 2-ci Terminalından yerinə yetirir.
GE Aviation – GE şirkətinin bölməsi olaraq müxtəlif avianəqliyyat növləri (mülki, kommersiya, hərbi və s.) üçün reaktiv və turbovint mühərriklərinin, ehtiyat hissələrinin və qurucu sistemlərinin dünya üzrə aparıcı təchizatçısıdır. Daha ətraflı məlumatı www.ge.com/aviation saytından əldə etmək olar.