AZXEBER.COM portalının Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Kanadada fəaliyyət göstərən Erməni Gənclər Federasiyasının «Asbarez» qəzetinin təşkil etdiyi aclıq aksiyasında, Türkiyə qondarma “erməni soyqırımı”nı qəbul etməməkdə günahlandırılıb. Onlar, Türkiyəni qondarma soyqırımı qəbul etməyə səsləyiblər. Aksiyanın rəhbərlərindən Mark Piliquyan Türkiyəni insan hüquqlarını pozmaqda və sərhədlərin açılmasında qeyri-konstruktiv mövqe tutmasını bəhanə edərək Türkiyə əlehinə şüarlar səsləndirib.
Qeyd edək ki, aksiya 72 saat davam edib.