Xarici işlər nazirinin rərhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan səfərinin vaxtı dəqiqləşdirilib
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək. Bu barədə ANS PRESS-ə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat veriblər.Səfirlikdən bildiriblər ki, Ə. Davudoğlunun rərhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan səfərinin vaxtı dəqiqləşdirilib.Belə ki, nazir fevralın 19-da Gəncəyə şəhərinə səfər edəcək səfər çərçivəsində Ə.Davudoğlunun bir sıra rəsmi görüşlər keçirəcəyi bildirilir.Xatırladaq ki, ötən il Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfərə gəlmişdi. Bakıda olan Türkiyə XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb və media nümayəndələri ilə mətbuat konfransı keçirib.