Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin iki cavab oyunu keçirilib.AZXEBER.COM-un məlumatına görə, oyunların nəticəsinə əsasən Fransanın PSJ və İtaliyanın “Yuventus” klubları növbəti mərhələyə vəsiqə qazanıblar.PSJ və İspaniyanın “Valensiya” klubları arasında qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib. İki oyunun nəticəsinə görə, ¼ final mərhələsinə vəsiqəni Fransa klubu əldə edib. Cavab oyunu qarşılıqlı kəskin hücumlarla başlayıb. Komandalar yüksək sürətli oyun nümayiş etdiriblər. Maraqlıdır ki, PSJ-nin yarımmüdafiəçisi Bevid Bekhem ehtiyatda qalıb. İlk hissədə qol vurulmayıb. Əsas hadisələr ikinqci hissədə baş verib. Hesabı İspaniya klubu açıb. Jonas 25 metrlikdə topu qapının yaxın küncünə göndərib. “Valensiya” növbəti mərhələyə çıxmaq üçün daha bir qol vurmalı idi. Lakin meydan sahibləri fərqləniblər. PSJ-nin bərabərlik qolunun müəllifi Lavessi olub. Qeyd edək ki, ilk oyun PSJ-nin 2:1 hesablı səfər qələbəsi ilə başa çatmışdı.İtaliyda isə “Yuventus” Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşıb. Oyun İtaliya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin qollarını Matri və Kvalyarella vurublar. Komandalar arasında ilk oyun “Yuventus”un 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.1/4 final mərhələsinin püşkü martın 15-də Nionda atılacaq.