Azarkeşi meydanda güllələdilər

MAQAZİN
14:47 04.03.2013
1657

Argentinada futbol azarkeşləri arasında qarşıdurma yaşanıb.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Nueva Çikaqo” və “Himnasii” klubları arasında baş tutan oyundan sonra azarkeşlər arasında düşən davada “Himnasii”nin 31 yaşlı azarkeşi öldürülüb. Ona odlu silahdan atəş açıldığı bildirilir. Güllə onun döş nahiyəsinə dəyib. Eyni zamanda silahlı hadisə nəticəsində stadionda olan 11 yaşlı oğlanın da yaralandığı açıqlanıb. Bu hadisədən sonra oyun meydançasında qarşıdurma yaradan radikal əhval-ruhiyyəli azarkeşlər barəsində tədbir görülməsi haqqında qərar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR