Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 4-7, axşam 1 dərəcəyədək isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.