İnsan dərisindən kitab hazırlandı

MARAQLI
19:37 28.02.2011
1949

Bu dəri 1830-cu ildə asılan insana aid olub və üzərində işlənərək 1852-ci ildə bir kitabın üz qabığına çevrilib.

Kitabın üstündəki qeyddə qapağın kimin dərisindən hazırlandığı və həmin insanın nə üçün edam edildiyi yazılıb. Qeyddə göstərilir ki, dərinin sahibi Corc Cudmore arvadı Graceni zəhərlədiyinə görə edam edilib. Lakin dərinin 1830-cu ildəki edamdan kitaba üz qabığı hazırlanan 1852-ci ilə qədər kim tərəfindən saxlandığı məlum deyil.

“Exeter” Kitabxanası səlahiyyətlisi Tony Rous 18-19-cu əsrlərdə belə üz qabıqlarının daha çox tibb kitablarında olduğunu deyir. Bunlar ya bədən hissələrindən götürülmüş dəri ilə ya da sahibsiz cəsədlərdən istifadə olunaraq hazırlanıb. Lakin kitab digər dəri üzlərdən heç nə ilə fərqlənmir və insan dərisi olduğu hiss edilmir.

OXŞAR XƏBƏRLƏR