Bu gün Hindistanın Maharaştra ştatında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Yol qəzası nəticəsində ən azı 37 nəfər həlak olub.Bildirilir ki, içərisində təqribən 50 sərnişinin olduğu avtobus körpüdən keçərkən yol kənarındakı maneəyə çırpılıb və aşağıdakı quru çay yatağına düşüb.İlkin məlumatlara görə, sözügedən nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib.Qəza nəticəsində daha 15 nəfər xəsarət alıb. //gun.az