12 yaşda lütləndi, 15 yaşda ana olacaq - FOTO

12 yaşda lütləndi, 15 yaşda ana olacaq - FOTO
01:44 19.08.2011
18389

Cenis Kiveninin qızı Soya 12 yaşında olanda açıq-saçıq fotosessiyaya çəkilib, 15 yaşında isə hamilə qalıb. Ən əcaibi də odur ki, ana yolunu azmış qızının davranışını təqdir edir. Tənha ana olan Cenis Kiveni qızını kiçik yaşlarından "qeyri-ənənəvi" yolla tərbiyə edirdi. Soya 7 yaşına çatanda artıq dikdaban ayaqqabı geyinir, ənlik-kirşandan istifadə edir, diskotekalara yollanırdı. Bir qədər sonra isə hər şey daha da ciddiləşdi. "Bəli, Soya oğlanlarla öpüşürdü. Hə, nə olsun?! Məncə, hər şey normaldır", - Cenis danışır. Daha sonra isə ana qızının məşhurlaşmasını istədi. Cenisin fikrincə, məşhurluğa aparan ən qısa yol, təbii ki, model biznesidir. Gələcək "podium kraliçası" sərt pəhriz saxlayır, məşq edirdi. Başabəla ana isə qızının qətiyyətindən həzz alırdı. Soya 12 yaşına çatanda krujevalı alt paltarı, bikini, topik və ultraqısa ətəkli donda fotosessiyalara çəkildi. Daha sonra o, fotolarını "Facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdirdi və pərəstişkarlarını gözləməyə başladı. Nəticə isə tam tərsinə oldu. Sinirlənmiş yuzerlər "top-model"i əxlaqsızlıqda suçladılar. Bir sözlə, Soya top-model ola bilmədi və "əyləncə"lərə baş vurdu. 15 yaşında isə o, özündən 2 yaş böyük "sevgili"sindən hamilə qaldı. Və ana Cenis bunu da sevinclə qarşıladı. Axı ailə böyüyəcək, yeni mənzil almaq şansı artacaqdı. "Üçotaqlı evimiz darısqaldır. Baxın, Soyadan başqa, iki qızım və oğlumla bir yerdə yaşayırıq. Axı hələ nəvəm də gələsidir", - Cenis Kiveni deyib. Soyanın özü də ana olacağı günü səbirsizliklə gözləyir: "Rəfiqələrimin heç birinin uşağı yoxdur. Təbii ki, bunun nə olduğunu birinci hiss etmək maraqlıdır". Cenis Kiveni "sərt ana" olduğunu, yanvarda nəvəsi doğulana qədər qızı və "kürəkən"inin bir yerdə yaşamasına icazə verməyəcəyini deyir.

//milli.az

OXŞAR XƏBƏRLƏR