Bildiyiniz kimi, 16 - 20 iyun 2012-ci il tarixlərində Rusiya Federasiyasıİdman, Turizm və Gənclər Siyasəti üzrə Nazirliyin dəstəyi ilə Rusiya Federasiyası tərkibində Kabarda - Balkar Respublikasının Nalçik şəhərində“Tələbə baharı Qafqazda” adlı festival keçirilmişdir.
Gənclər Fondunun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, festivalda Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi altında nümayəndə heyətinin tərkibində Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov da iştirak etmişdir. “Qafqazda Tələbə baharı” festivalında Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxısatan, Moldova, Belarus, Ukrayna, Ermənistan, Cənubi Osetiya, Tacikistan, Özbəkistandan olan tələbələr iştirak etmişlər.
Festivalda iştirak edən Azərbaycan Gənclər Fondunun aparat rəhbəri F.Qürbətov MDB iştirakçı ölkələri Gənclərlə İş üzrə Şuranın toplantısında da iştirak etmişdir. F.Qürbətov tədbir çərçivəsində bir sıra görüşlər keçirərək, Fondun fəaliyyəti haqqında geniş məlumat vermişdir. Görüşlər zamanı gələcəkdə yaradılacaq birgə əməkdaşlıq barədə müzakirələr aparılmışdır. Görüşlər Rusiya Federasiyasıİdman, Turizm və Gənclər Siyasəti üzrə nazirin müavini Oleq Rojnov, Kabarda – Balkar Respublikasının hökümət başçısı İvan Qerter, “Rusiya Gənclər Birliyi” Ümumrusiya ictimai təşkilatının sədri Pavel Krasnorutskiy, Rusiyanın Gənclər və uşaq birlikləri milli şurasının icraçı direktoru Olqa Popova, Beynəlxalq əməkdaşlığın inkişafına dəstək fondunun layihələr rəhbəri Məhəmməd Aliyev, Şərqi Avropa Fondunun proqram koordinatoru Aleksandru Coica ilə keçirilmişdir.