Xoşbəxt olmaq istəyənlərə... (KÖŞƏ)

Xoşbəxt olmaq istəyənlərə... (KÖŞƏ)
16:38 16.08.2011
3204
Həmin tendensiya elə indi də davam edir. Özüdə daha intensiv və kütləvi şəkildə. Bütün bunlarla bərabər , həmin məsələ barəsində daha obyektiv düşünərkən isə ortaya maraqlı suallar çıxır: əslində xoşbəxtlik nədir? , necə oldu ki, insan xoşbəxtliyin axtarışına çıxdı? , və əslində bu barədə ömür boyu düşünmək lazımdırmı? Həmin suallara cavab tapmaq isə o qədər də qəliz deyil.Əslində xoşbəxtlik, insanın rahat, firavan və qayğısız yaşamasıdır. Ən azından bu sivil cəmiyyətlərdə belə qəbul olunur. Bu cür cəmiyyətlərə mənsub olan insanlar bir çox çətinliklər, ehtiyyaclar və məsuliyyətlər qarşısında bəzən özlərini bədbəxt sayırlar. Nəticə etibarı ilə "xoşbəxtliyin" axtarışına çıxırlar. Bəzən bu axtarış ömür boyu davam edir. Çox zaman isə yarımçıq qalır."Müasir dünya modeli" ni özündə ehtiva edən "qərb" isə insanların bu cür fikirləşmələrindən yararlanır və onlara xoşbəxtliyin yollarını özünə məxsus bir şəkildə təlqin edir. Qərb mətbuatında dərc olunan bu cür yazılar isə yerli mətbuat orqanlarına da nüfuz edir. Elə ona görədir ki, qəzet və jurnallarda bu cür başlıqlı yazılara tez-tez rast gəlirik: "xoşbəxt olmağın 10 yolu" ,"necə xoşbəxt olmaq olar?" ,"xoşbəxt olmağın meyarları" və s. Bundan əlavə bir də görürsən ki, bir "mütəxəssis" canlı yayımda insanlara xoşbəxt "olmağın" yollarını açıqlayır: " Səhər yuxudan oyanan zaman, güzgü önünə keçin və öz-özünüzə mən xoşbəxtəm deyin" ," özünüzə təzə nəsə alın" , " xoşbəxtliyi özünüzdən istəyin" və s. Bu siyahını uzatmaq da olar. ancaq düşünürəm ki, buna lüzum yoxdur.Azərbaycanın tanınmış filmlərindən olan " Bəxt üzüyü" nün əsas obrazlarından şair Moşu obrazına diqqət yetirək. Şair film boyunca "xoşbəxtliyə" qafiyə tapmağa çalışır. Lakin buna nail ola bilmir. Əslində isə müəllif burada çox gözəl fəlsəfi fikri ifadə etməyə çalışır: " Xoşbəxtliyə qafiyə axtarmağa çalışmaq əbəsdir. Çünki buna ehtiyyac yoxdur" . Müasir dünyada isə bunu etmək istəyən insanlar çoxdur. Hərə özünəməxsus formada xoşbəxtliyin " qafiyəsini" axtarır.Yekun olaraq isə onu qeyd etmək istəyirəm ki, gəlin uzaqlarda olan xoşbəxtlikləri axtarmaq əvəzinə, yaxınlığımızda olan xoşbəxtliklərə diqqət yetirək. Bütün bunlara görə Uca ALLAHA (C.C) şükürlər edək. Doğurdanda xoşbəxtlik çox yaxınımızdadır. Bəlkə də qapımızın kəndarında dayanıb. Lakin biz onu görmür və evimizə “dəvət” etmirik. Bu barədə düşünməyə nə deyirsiniz?

Orxan Məmmmədov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov