Ceyhunun ölümü elə məni də öldürdü (KÖŞƏ)

Ceyhunun ölümü elə məni də öldürdü (KÖŞƏ)
13:51 11.08.2011
3125
Salam ölüm, kəfən, qəbir haqda çoxsaylı şeirlərin müəllifidir. Onun haqda buna görə hətta lətifə də düzəldiblər. Deyirlər ki, Salam avtoqrafı oxuculara baş daşının üstünə yazıb verir.Salam dostum Ceyhun Nağının bacısının əridir. Ceyhunun Salama hörməti çox böyük idi, onu tərifləyib gözümüzə soxmazdı, ancaq Salama qiymət verən 3 oxucusu vardısa biri Ceyhun idi. Bu gün Ceyhun gənc yaşında vəfat etdi. Bu Salama Ceyhunun özünəməxsus hədiyyəsi oldu.Ceyhun min bir dərdi ürəyində səssiz yaşadan insanlardandı. Onun həyatı hər birimizin kimi ağır cığırlardan keçmişdi. Şəxsən öz həyatımla onunkunu birləşdirən nə qədər ortaq nöqtələr tapmışdıq...Onunla görüşümüz ilyarımdan çoxdur planlaşdırılsa da heç cür alınmırdı. Elə facebookda hal əhval edirdik. Onda zərrə qədər pesssimizm görmüşdümsə, elə bu an Əzrayıl mənə də salam versin.Mən çox ağır, çox gözlənilməz ölümlər görmüşəm. Laçın vaxtlarımda ən sevimli dostum qucağımda keçinib, atam, əmilərim vaxtsız ölüblər. Ancaq etiraf edirəm, ölüm bu gün məni qorxutdu. Ölümün dəhşətli gücünü, mənə ən qədər yaxın olduğunu bu gün hiss etdim.Ruhun şad olsun əzizim Ceyhun. Qalan ömürün hələ nələr baş verdiyini anlamayan balaca qızına nəsib olsun!

Natiq ADİLOV 

OXŞAR XƏBƏRLƏR