Namiq Qaraçuxurlu evlənir

Namiq Qaraçuxurlu evlənir
08:53 11.08.2011
4780
Həm ifa üslubu, həm də imici ilə fərqlənən Namiq Qaraçuxurlu uzun müddət xalq artisti Aygün Kazımova ilə sevgi yaşasa da, onların məhəbbəti bitdi. Deyilənə görə, Namiqin Aygündən sonra sevgililərinin sayı hər gün çoxalır. 

Hətta şayiələrə görə, Qaraçuxurlu Qubada sevgilisi ilə istirahət edib. Başqa bir xəbərə görə, Namiq yeni sevgilisi ilə rahat dincəlmək üçün ani qərar verərək xarici ölkələrdən birinə üz tutub. Məlumatı dəqiqləşdirmək üçün meyxanaçı ilə əlaqə yaratmağa çalışdıq.

Onun telefonu bağlı olduğundan Milli.Az xəbər portalının suallarını Namiqin dostu və prodüseri Ataş cavablandırdı. Ataş Namiqin bir neçə gün öncə Qubada istirahət etdiyini təsdiqləsə də, meyxanaçının istirahət zamanı tək olub-olmadığı barədə məlumat vermədi. Bir də onu öyrəndik ki, həqiqətən, hal-hazırda Namiq Azərbaycanda deyil, xarici ölkələrdən birində istirahət edir.
Tanınmış meyxanaçı da deyəsən, "həvəsdir, bəsdir" deyib evlənmək fikrindədir. Eşitdiyimizə görə, N.Qaraçuxurlu ailə qurmağa qərar verib. Artıq 33 yaşında olan meyxanaçı bu günə qədər ailə qurması ilə bağlı danışmayıb. Ataşın sözlərinə görə, bir müddət öncə Namiqlə arasında ciddi söhbət olub.

OXŞAR XƏBƏRLƏR