Televiziyalarda bu gün vətənpərvərliklə bağlı görülən işlər məni qane etmir. Məsələ gənclərə vətənpərvərlik mövzusunda mühazirələr oxumaqda deyil.
Vətənpərvərlik verilişləri gəncin başa düşdüyü formada olmalıdır. Vətənpərvərlik gəncin səviyyəsinə, savadına, dünyagörüşünə uyğun şəkildə aşılanmalıdır, daha indiki kimi yox. Bu ictimai-siyasi formada olanda yorucu olur, gənclər mühazirə dinləyir ancaq. Bu yolla gənclərə vətənpərvərlik aşılamaq olmaz". Bu sözləri AZXEBER.COM xəbər portalına eksklüziv açıqlamasında millət vəkili Rəfayıl Cəbrayılov deyib.