UEFA-dan 25 min cərimə

DÜNYA
16:25 17.06.2012
2347
Xorvatiya Futbol Federasiyası İrlandiya yığması ilə keçirilən görüşdə baş vermiş hadisələrlə bağlı 25 min avro cərimə ödəyəcək
UEFA-nın nəzarət-intizam instansiyası Xorvatiya Futbol Federasiyasını iyunun 10-da Poznanda “C” qrupunda İrlandiya yığması ilə keçirilən görüşdə baş vermiş hadisələrlə əlaqədar 25 min avro məbləğində cərimələyıb.“AzərTAc”ın UEFA-nın saytına istinadla verdiyi xəbərə görə, Xorvatiyanın 3:1 hesabı ilə qalib gəldiyi həmin oyun zamanı bu ölkənin azarkeşləri fişənglər və pirotexnik raketlər alışdırıb meydana atıblar.Üstəlik, Xorvatiya yığmasının azarkeşlərindən biri oyun vaxtı qaça-qaça meydana çıxıb.

OXŞAR XƏBƏRLƏR