Ağcabədidə 70 yaşlı qoca iki qardaşı güllələdi

Ağcabədidə 70 yaşlı qoca iki qardaşı güllələdi
07:21 03.08.2011
1694
Qanlı hadisə avqustun 2-də rayonun mərkəzində, Xəlfələddin küçəsində qeydə alınıb. 

Rayon sakini 70 yaşlı Rasim Məmmədov dünən günorta saatlarında münaqişə zəminində 38 yaşlı Elçin Məmmədov və onun qardaşı Natiqi güllələyib. O, hadisəni qoşalüləli tüfənglə törədib. E.Məmmədov başından, Natiq isə qolundan xəsarət alıb.

Hər iki yaralı Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. E.Məmmədovun vəziyyəti ağır olduğundan Bakıdakı 1 saylı Şəhər xəstəxanasına gətirilib.

R.Məmmədov isə könüllü olaraq polisə təslim olub. O, ilkin dindirilmə zamanı hadisəni uzun sürən münaqişə üstündə törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi Cinayət Məcəlləsinin qəsdən iki və ya daha artıq şəxsi öldürməyə cəhd (29,120.2.7) maddəsi ilə başlanıb və iş rayon prokurorluğuna göndərilib.

Xəstəxanadan Milli.Az xəvbər portalına bildirildi ki, E.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

OXŞAR XƏBƏRLƏR