Azərbaycanda Hərbi Donanma Günüdür

Azərbaycanda Hərbi Donanma Günüdür
SOSİAL
10:23 05.08.2025
562



Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən, hər il avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd edilir.

AZXEBER.COM xəbər verir ki, 1918-ci ildə yaradılan Azərbaycanın ilk hərbi dəniz donanmasının tərkibində "Qars”, "Ərdahan” qayıqları, "Astrabad”, "Göytəpə” poçt gəmiləri, "Araz” hidroqrafik gəmisi və "Bayıl” liman daşıyıcı gəmisi olub. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılıb və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilib.

1992-ci ildə keçmiş SSRİ-nin Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsi Azərbaycana verilib və o vaxtdan ölkəmizin milli hərbi dəniz qüvvələrinin yeni tarixi başlayıb.

Bu sahənin inkişafında, xüsusilə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ümummilli Liderin müdrik rəhbərliyi sayəsində ölkəmizdə ordu quruculuğu istiqamətində, o cümlədən bu sahədə mühüm işlər həyata keçirilib.

4 noyabr 1997-ci il tarixli "Azərbaycan Respublikasının Hərbi Dəniz bayraqları haqqında" Qanuna əsasən, "Hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında Əsasnamə” qəbul edilib və 2000-ci il avqustun 7-dən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində qurumun bayrağı qaldırılıb.

Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, o cümlədən hərbi dəniz donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.

Xəzər dənizində ən qüdrətli donanmalardan biri sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmlənir. Bu hərbi donanma ən müasir hərbi texnika ilə təchiz olunub, geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən, dənizdə, quruda, sahilyanı ərazilərdə, suyun altında xüsusi əməliyyat fəaliyyəti göstərmək bacarığına malik olan dəniz piyadaları - xüsusi təyinatlılar 44 günlük Vətən müharibəsində aktiv iştirak ediblər. Onlar keçirdikləri əməliyyatlarda xeyli sayda düşməni məhv edib, hərbi qənimət götürüblər. Dəniz xüsusi təyinatlıları bir neçə yaşayış məntəqəsində, o cümlədən Qubadlı şəhərində Azərbaycan Bayrağını ucaldıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
08:16 29.10.2026
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:06 29.10.2026
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
08:00 29.10.2026
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
07:52 29.10.2026
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
07:12 29.10.2026
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
Maduronun işinə baxan hakim vəfat edib
07:00 29.10.2026
Maduronun işinə baxan hakim vəfat edib
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
06:48 29.10.2026
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
06:36 29.10.2026
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
06:23 29.10.2026
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
06:10 29.10.2026
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
05:58 29.10.2026
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
05:46 29.10.2026
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
05:33 29.10.2026
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
05:20 29.10.2026
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
05:08 29.10.2026
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
04:56 29.10.2026
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb