BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"

BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
SOSİAL
00:06 29.10.2026
127
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olmasına qərar verilib.
 
Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.

Oktyabrın 28-də isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, bütün bunlarla bağlı onun qızı, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kamilə Əliyeva sualları cavablandırmaqdan imtina edib.

"Vaxtımız yoxdur, danışmaq da istəmirəm", - K.Əliyeva bildirib.

R.Mehdiyevin qızı daha sonra telefonu bağlayıb.
OXŞAR XƏBƏRLƏR