Kəlbəcərdə ağır qəza olub, ölən və xəsarət alan var

Kəlbəcərdə ağır qəza olub, ölən və xəsarət alan var
SOSİAL
23:55 28.10.2026
136
Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa.az-a istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "KİA” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza zamanı sürücü; 1967-ci il təvəllüdlü B. Nuruyev hadisə yerində ölüb, onun həyat yoldaşı Ə. Nuruyeva isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR