Rusiya Prezidenti Vladimir Putin Amerika şirkəti "SpaceX”in rəhbəri İlon Maskı dahi adlandırıb.
AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
"İlon Mask dahidir – həqiqətən də dahi. Sadəcə onun orbitdəki peyklərinin sayına baxın – 5 mindən çoxdur, biz isə hələ yalnız ilk addımlarımızı atırıq”, – deyə Rusiya lideri "Rassvet” adlı yerli peyk rabitəsi layihəsinin işə salınması ilə bağlı bildirib.
Putin həmçinin qeyd edib ki, Rusiya kosmosla bağlı məsələlərdə ABŞ və İlon Maskla sıx əlaqə saxlayır.











































