“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
DÜNYA
07:12 29.10.2026
149
Yaponiya hökuməti mümkün dağıdıcı zəlzələlər və Fuji dağının püskürməsi təhlükəsi ilə əlaqədar əhalini ən azı üç günlük, imkan daxilində isə bir həftəlik ərzaq, içməli su və portativ tualet ehtiyatı toplamağa çağırıb.

AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, xəbərdarlığın səbəbi odur ki, böyük fəlakətlər zamanı yollar dağıla, rabitə xətləri kəsilə və xilasedicilər zərərçəkən ərazilərə günlərlə çatmaya bilər.

Hökumət vətəndaşların yardım gələnədək əsas ehtiyaclarını özləri qarşılaya bilmələri üçün əvvəlcədən hazırlaşmalarını istəyir.

"Fuji TV”nin məlumatına görə, fəlakətlərin qarşısının alınması naziri Qoşi Hosono noyabrın 2-də yeni Fəlakətlərin Qarşısının Alınması Agentliyinin fəaliyyətə başlaması ilə əlaqədar əhaliyə və dövlət qurumlarına müraciət edəcək. Yeni qurumun məqsədi ölkənin təbii fəlakətlərə hazırlığını gücləndirməkdir.

Risk ssenarilərinə Tokio yaxınlığında baş verə biləcək güclü zəlzələlər, Nankai çökəkliyində dağıdıcı yeraltı təkanlar və Fuji dağının mümkün püskürməsi daxildir.

Avropa Komissiyası vətəndaşlara böhran zamanı ən azı 72 saat özlərini təmin etməyə imkan verən ehtiyat dəsti hazırlamağı tövsiyə edir. Buraya içməli su, uzun müddət saxlanıla bilən qida, enerji mənbələri və nağd pul daxildir.

Qeyd edək ki, Böyük Britaniya da əhalini üç günlük ərzaq və su ehtiyatı saxlamağa çağırıb. İsveç və Norveçdə ən azı bir həftəlik, Almaniyada isə üç günlük, imkan daxilində on günlük ehtiyat yaradılması tövsiyə olunur. Bu tədbirlər təbii fəlakətlər və digər böhranlar zamanı rəsmi yardım gələnədək insanların əsas ehtiyaclarını qarşılaya bilməsinə hesablanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
08:00 29.10.2026
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
07:52 29.10.2026
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
07:12 29.10.2026
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
Maduronun işinə baxan hakim vəfat edib
07:00 29.10.2026
Maduronun işinə baxan hakim vəfat edib
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
06:48 29.10.2026
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
06:36 29.10.2026
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
06:23 29.10.2026
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
06:10 29.10.2026
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
05:58 29.10.2026
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
05:46 29.10.2026
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
05:33 29.10.2026
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
05:20 29.10.2026
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
05:08 29.10.2026
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
04:56 29.10.2026
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
04:46 29.10.2026
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
Yaponiyada güclü zəlzələ baş verib
04:36 29.10.2026
Yaponiyada güclü zəlzələ baş verib