Azərbaycanlı gənc müğənni iddialı danışdı - FOTOLAR

MAQAZİN
21:03 26.11.2012
2446

Bir çox müsabiqələrin qalibi olan gənc müğənni Sima bir neçə il əvvəl Türkiyəyə gəlin köçərək, sənəti ilə vidalaşdı. Bu qadağanı ona türk vətəndaşı olan həyat yoldaşı qoymuşdu. Həmin müddətdə bir övladı olan Sima zaman keçdikcə səhnədən uzaqda depressiyay düşdüyünü anlayıb. Uzun illərini musiqi təhsilinə, səhnəyə bağlayan gənc müğənni situasiyanı həyat yoldaşına başa salıb, Azərbayacana qayıdıb.Artıq oğlu ilə burada yaşayan sənətçi qısa zamanda yeninilkər edib. Bu barədə AZXEBER.COM-a danışan müğənni, Türkiyə ilə əlaqəsi kəsilməyib. Həm ailəsi ilə görüşür, həm də yaradıcılıq işləri bəzən orada ərsəyə gəlir.

“Yoladşımı da başa düşürəm ki, o, burada yaşaya bilmir. Arada-bir gəlib bizə baş çəkir. Mənim sənətə bağlı olduğumu anlayıb. Hazırda repertuarı təzələyirəm. Son yazdırdığım mahnın sözləri Arzu Yahyayevaya, musiqisi Orhan Ölməzə məxsusdur. Mahnının hazırlanmasına “Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı dəstək olur. Güman ki, gələn həftədən mahnı səsləndiriləcək.Bir də mənim məşhur “Ata” mahnımı yeni versiyada hazırlamağı düşünürük. Bu mahnıya hələdə tələbat var” – deyən Sima sənət yeniliklərinin bol olacağından xəbər verdi. Sənətçi sonda bildirdi ki, onun siması yerli kinematoqrafçıların diqqətini çəkib. Sənətçiyə serial çəkilmək təklifləri gəlib. Müğənni kimi planlarının çox olduğunu deyən Sima təklifə qəti qərarını vermədiyini bildirdi.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR