Avrasiya Yazarlar birliyinin üzvü Afaq Şıxlı.
Moskva.
***
Bacarmırsan mənim kimi darıxmağı -
İçin-için, titrək-titrək,
və hərdən də hayqırıqlar qoparan bir fırtınatək...
Addımbaşı yola-izə boylanaraq ürkək-ürkək,
nisgilini ürəyində gizləyərək...
Öz-özünə gecə-gündüz “döz” deyərək,
amma bəzən ayrılığa üsyan edib
kükrəyərək...
Ümidini damla-damla toplayaraq,
ovuc-ovuc itirərək...
Yox, incimə,
Bacarmırsan mənim kimi darıxmağı...