‘ATV’ və ‘ANS’ə xəbərdarlıq edildi - MTRŞ

MAQAZİN
18:40 08.06.2012
4883

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda “ATV” və “ANS” televiziyaları tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə başlanılmış inzibati icraat üzrə işə baxılıb.

AZXEBER.COM-a MTRŞ-dən verilən məlumata görə, Milli Televiziya və Radio Şurasının qərarına əsasən texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə, teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı qanunvericiliyin pozulmasına görə “ATV” və “ANS” televiziyalarına xəbərdarlıq elan edilib.

OXŞAR XƏBƏRLƏR