AZXEBER.COM-unn məlumatına görə, institutun yaydığı bəyanatda göstərilir ki, qanuna ictimai yayımçının əcnəbi serialları, filmləri Azərbaycan dilinə çevirib yayımlaması, ictimai yayımçının dövlət büdcəsindən maliyyələşməsi, ictimai yayımçının öz əmlakı üzərində mülkiyyət hüquqları və yayım xidmətinin rəhbərlərinin seçilməsi qaydaları ilə bağlı müddəalar əlavə ediləcəyi ehtimal olunur: “MHİ ifadə azadlığı ilə sıx bağlı olan qanuna dəyişikliklər nəzərdə tutan təkliflərin ictimaiyyət, ifadə azadlığı sahəsində çalışan qurumlar və ekspertlərlə hər hansı müzakirələr aparmadan, tələm-tələsik, gizli və qeyri-şəffaf qəbul edilib səsverməyə göndərilməsinə təəssüf edir”.İnstitut “İnformasiya əldə edilməsi” haqqında qanunda “normativ hüquqi aktların layihələri yuxarı quruma razılaşdırmaya göndərildiyi andan topluma açıqlanmalıdır” sözlərinin qeyd olunmasına baxmayaraq, qanunvericilik təklifinin təşəbbüskarı olan Prezident Administrasiyası, nə də Milli Məclisin bu qanunvericilik təklifini hələ də öz saytından açıqlamadığını, ictimai diqqətdən kənarda saxlanıldığını vurğulayıb. .MHİ Ölkə Parlamentini bu layihənin tam mətnini açıqlamağa və təklif olunan dəyişikliklərin vətəndaş cəmiyyəti qurumları, media ekspertləri ilə birgə müzakirəsini təşkil etməyə çağırıb.