Millimizdən son dəqiqə qələbəsi

DÜNYA
08:25 06.06.2012
2052
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi İslandiya yığması üzərində qələbə qazanıb. Reykyavikdəki “KR Vellur” stadionunda keçirilən qarşılaşma 2:1 hesabı ilə başa çatıb. Oyunu Farer adalarından olan FIFA referisi Petur Raynert idarə edib.
Qarşılaşmada hesab 20-ci dəqiqədə açılıb. Böorn Siqurdarsson meydan sahiblərini hesabda irəli çıxarıb. Bundan 6 dəqiqə sonra millimiz hesabı bərabərləşdirmək imkanı əldə edib. Lakin Mirhüseyn Seyidov penaltidən fərqlənə bilməyib. Birinci hissə İslandiya yığmasının bir topluq üstünlüyü ilə başa çatıb.Millimiz hesabı 77-ci dəqiqədə bərabərləşdirib. Bərabərlik qolunu Araz Abdullayev vurub. Bu, oyunda vurulan son qol olmayıb. Qarşılaşmanın sonuncu dəqiqəsində Cavid İmamverdiyev Azərbaycan millisinin qələbə qolunu vurub - 2:1.

OXŞAR XƏBƏRLƏR