AGAT Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 20 iyun, 2012-ci il tarixində Fransanın Paris şəhərində Azərbaycan reallıqlarının aşılanmasına həsr olunmuş “Azərbaycanın Avropaya inteqrasiyası: problemlər və perspektivlər” mövzusunda tədbir həyata keçirəcək. AGAT-ın sədri Gülsel Səfərovanın AZXEBER.COM-a verdiyi məlumata görə, tədbir zamanı ekspertlər tərəfindən ölkəmizin əldə etdiyi nailiyyətlərlə yanaşı, avrointeqrasiya prosesində bizi əngəlləyən problemlər (Dağlıq Qarabaq münaqişəsi) bağlı həqiqətlərin açıqlanması və Fransa ictimaiyyətinə çatdırılması nəzərdə tutulur. Məlumat üçün bildirək ki, tədbir iştirakçıları Fransa vətəndaşlarından ibarət olacaq, həmçinin tədbir Fransanın mötəbər Ecole Militaire sarayının konfrans zalında keçirilicək.