Daha bir azərbaycanlı müğənni boşandı

MAQAZİN
14:34 17.09.2012
4461
Azərbaycanlı müğənni Niyam Salami uzun müddətdir ki, bir qadına qarşı sevgisini gizlədir. AZXEBER.COM Day.Az saytına istinadən xəbər verir ki, müğənni bu barədə yerli telekanallardan birinə bildirib. "Bunu gecikmiş sevgi adlandırmaq olar. Təəssüf ki, o, artıq ailə qurub. Əgər bu olmasaydı, mən ömrümün sonuna qədər onu gözləməyə hazır idim. Onu heç cür unuda bilmirəm, bütün mahnılarımı ona oxuyuram", - müğənni əlavə edib. N.Salami həyat yoldaşı ilə boşandığını da deyib. "Mən hər şeyə dözə bilərəm, lakin kim mənim valideyinlərimə toxunsa, həmin adamı həyatımdan silməyə hazıram. Bu səbəbdən həyat yoldaşımdan ayrıldım", - müğənni vurğulayıb.

OXŞAR XƏBƏRLƏR