Ermənilərin öldürdüyü 13 yaşlı qızın və partlayan evin fotosu - FOTO

Ermənilərin öldürdüyü 13 yaşlı qızın və partlayan evin fotosu - FOTO
18:37 15.07.2011
1819

Ermənistan xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində həlak olan 13 yaşlı Aygün Şahmalıyevanın ölümü ilə bağlı xüsusi istintaq qrupu da yaradılıb. Artıq əməliyyat qrupu Tovuzun Əlibəyli kəndindədir. 

ANS-in çəkiliş qrupu da hadisə yerinə yollanıb. Partlayıcı qurğu erməni xüsusi xidmət orqanlarının Tovuz çayı vasitəsilə Azərbaycan ərazisinə buraxdığı itə bənzər oyuncağın içərisinə quraşdırılıb. Aygünlə çay kənarına gedən və hadisənin şahidi olan Elsevər Cəfərovun dediklərindən belə qənaətə gəlmək olar.

“Çayda çimib evə qayıdanda suyun kənarında itə bənzər oyuncağı ayağımla vurub kənara tulladım. Sonra onu Aygün götürdü, ona oyuncağı atmasını dedim. Lakin yanımızda olan balaca uşaq ağladı və oyuncağı istədi. Aygün yenidən o oyuncağı götürdü və evə gətirib stolun üstünə qoydu. Elə həmin an itə bənzər oyuncaq partladı”.

Ev yiyəsi Həsən Cəfərov isə evindən gələn partlayış səsini küçədə olarkən eşidib: “Onlar Sankt-Peterburqda yaşayırlar, bu gün bizə qonaq gəliblər. Hadisə zamanı yemək yeyirdik, mən də mağazaya gedib su aldım. Yenicə içirdim ki, birdən partlayış səsi gəldi. Gəlib gördüm uşaq yaralanıb, xəstəxanaya aparıblar. Ondan sonra heç nə bilmədim”.

Həlak olan qızın anası Elnarə Şahmalıyeva isə ayaq nahiyəsindən xəsarət alaraq bütün gecəni həkim nəzarətində olub. Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilən Elnarə Şahmalıyevanın vəziyyətini isə növbətçi həkim Ramiz Məmmədov orta ağır kimi qiymətləndirir: “Vəziyyəti qismən kafidir. Suallara aydın cavab verir, sağ bud hissəsinin odlu silahdan və ya hansısa partlayışdan əmələ gələn yarasıdır. Hal-hazırda xəstə yatır, ona sakitləşdirici iynələr vurulub, inşallah yəqin ki, sabah təmasda olmaq olacaq”.

Xəstəxanada yaralının yaxınlarından ANS-ə verilən məlumata görə, Şahmalıyevlər ailəsi Rusiyada yaşayır və Tovuza qonaq gəliblər. Ailənin başcısı Zirəddin Şahmalıyev isə 2 gün əvvəl Tovuz rayonundan Rusiyanın Sankt-Peterburq şəhərinə qayıdıb.

//Ans Press

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Çimnazın yasına getdiyim üçün məni qınayanlar çox oldu" - Manaf
16:57 14.08.2025
"Çimnazın yasına getdiyim üçün məni qınayanlar çox oldu" - Manaf
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
16:55 14.08.2025
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
16:12 14.08.2025
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” – VİDEO
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
16:06 14.08.2025
Bakı metropoliteninin “ən gənc sərnişini”nə xüsusi sertifikat təqdim olunub
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
16:04 14.08.2025
"Namiq Qaraçuxurluya vəsiyyət etmişəm ki..." - Könül Xasıyeva
Metroda doğulan körpə və anası evə buraxıldı
16:04 14.08.2025
Metroda doğulan körpə və anası evə buraxıldı
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
16:04 14.08.2025
Azərbaycanda idman polisi yaradılmalıdır? - "Qarabağ"ın maskotu "Kəhər" müzakirə yaratdı
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
15:45 14.08.2025
Ermənistanlı nazir: Azərbaycanla kommunikasiyaların açılması ilə bağlı işçi qrupları yaradılacaq
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
15:44 14.08.2025
"Şəxsiyyəti pula satmazlar" - Elnarə Abdullayeva
Lənkəranda azyaşlını maşın vurub
15:34 14.08.2025
Lənkəranda azyaşlını maşın vurub
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
15:17 14.08.2025
Bu universitetdə təhsil haqqı 2 min manat artırıldı
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
15:12 14.08.2025
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
15:09 14.08.2025
"Bu görüşdən sonra Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlanması ehtimalı azdır"
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
15:03 14.08.2025
"Toy oxumaqda bir nömrəli müğənni mənəm" - Afət
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
15:01 14.08.2025
Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər - VİDEO
“İsrail İrana qarşı növbəti dəfə hücuma keçə bilər”
14:58 14.08.2025
“İsrail İrana qarşı növbəti dəfə hücuma keçə bilər”