Bu barədə məlumatı İtaliyanın nüfuzlu Qazette dello Sport qəzeti yayıb. İstefaya səbəb Benitesin klub prezidenti Morattinin qarşısına şərt qoyması olub. Moratti isə bu təklifi qəbul etməyib və ispan məşqçini komandadan qovub.
Xatırladaq ki, Benites qış transfer pəncərəsində milanlıların heyətinə 3 yeni futbolçunu qatmaq istəyirdi.