Bakıda avtomobil evə girdi

Bakıda avtomobil evə girdi
Bütün Xəbərlər
07:48 07.08.2012
931

Gecə Bakının Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəmində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Məhəmməd Ağamalıyev idarə etdiyi “Mitsubishi” markalı avtomaşını əvvəlcə yaxınlıqda tikintisi gedən yol ötürücüsünə vurub.

Bundan sonra isə nəqliyyat vasitəsinin sahibi sükan üzərindəki hakimiyyətini itirərək avtomaşını Valeh Tağıyevə məxsus 3 otaqlı evə çırpıb. Sürücü Məhəmməd Ağamaliyev ilk qəzadan sonra özünü itirərək əyləc yerinə qaza basdığını deyib.

Qəzadan sonra mənzilin iki otağında tavan aşıb və ev tamamilə yararsız vəziyyətə düşüb. Qəza zamanı ev sakinlərinin evdə olmaması isə baş verə biləcək faciənin qarşısını alıb.

Faktla bağlı Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən i araşdırma aparılır. Yol nəqliyyat hadisəsinin baş vermə səbəbləri və ev sahibinə dəyən ziyanın məbləği araşdırmaların sonunda bəlli olacaq.

OXŞAR XƏBƏRLƏR