Gecə və səhər bəzi yerlərdə duman olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, aprelin 16-da gecə və səhər bəzi yerlərdə duman olacaq. Abşeron yarımadasında temperatur gecə 6-9° isti, gündüz 23-28° isti olacaq. Bakıda isə gecə 12-14° isti, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-80 faiz, gündüz 55-60 faiz olacaq.