Azərbaycanla Avropa Parlamenti arasında müqavilə hazırlanır

Azərbaycanla Avropa Parlamenti arasında müqavilə hazırlanır
Siyasət
19:15 20.09.2016
1499

“Azərbaycan bizim üçün mühüm ölkədir. Biz bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıyıq”.

AzVision.az xəbər verir ki, bunu Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərim prezident İlham Əliyevlə görüşü zamanı deyib. O, ötən il qəbul olunan sənədlə bağlı yaranan çətinliklərin dəf ediləcəyinə və əlaqələrimizin irəliyə aparılacağına ümidvar olduğunu bildirdi. Hazırda Azərbaycanla əhatəli müqavilə üzərində işə böyük önəm verildiyini diqqətə çatdırdı.Sayyad Kərim ölkəmizlə “Cənub” qaz dəhlizi ilə bağlı əməkdaşlıq işinə sadiq olduqlarını bildirdi. Sayyad Kərim Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirdi.Avropa Parlamentinin Finlandiyadan olan deputatı, Yaşıllar qrupunun təmsilçisi Heydi Hautala Prezident İlham Əliyevə səmimi və konstruktiv çıxışına görə minnətdarlıq etdi. O, Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsində maraqlı olduqlarını bildirdi. Azərbaycanda dünyəvi cəmiyyətin qurulduğunu və bunun çox mühüm hal olduğunu, Azərbaycanın İslam aləmində mühüm dünyəvi ölkələrdən birinə çevrildiyini deyən Heydi Hautala Avropa və Azərbaycan vətəndaşları arasında təmasların genişləndirilməsinin əhəmiyyətli olduğunu vurğuladı.Avropa Parlamentinin Rumıniyadan olan deputatı, Avropa Xalq Partiyasının təmsilçisi və xarici ölkələr komitəsinin üzvü olan Ramona Manesku dedi ki, dünyəvi cəmiyyətin qurulması, uğurlu islahatların həyata keçirilməsi baxımından Azərbaycan müsəlman ölkələri içərisində bir nümunədir. Ölkəmizin müdrik xarici siyasət yürütdüyünü deyən Ramona Manesku bu siyasət nəticəsində Azərbaycanın uğurlu balans əldə etdiyini bildirdi. Daha sonra o, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğuladı və bu siyasəti davam etdirəcəklərini qeyd etdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
23:51 24.09.2025
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
23:38 24.09.2025
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
23:24 24.09.2025
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
23:16 24.09.2025
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
23:12 24.09.2025
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
22:57 24.09.2025
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
22:47 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
22:26 24.09.2025
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
22:20 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
22:13 24.09.2025
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
22:05 24.09.2025
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
Ordubadın 25 kəndi işıqsız qalacaq
21:55 24.09.2025
Ordubadın 25 kəndi işıqsız qalacaq
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
21:44 24.09.2025
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
21:37 24.09.2025
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
21:32 24.09.2025
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb
21:19 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb