Türkiyə ABŞ-a təqdim etmək üçün FETÖ ilə bağlı yeni dosye hazırlayır

Türkiyə ABŞ-a təqdim etmək üçün FETÖ ilə bağlı yeni dosye hazırlayır
DÜNYA
18:36 20.09.2016
1436

"Dövlət çevrilişinə cəhdlə bağlı yeni dosye hazırlayırıq. Onu da ABŞ-a təqdim edəcəyik".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN televiziyasınamüsahibəsində bildirib.

XİN başçısı qeyd edib ki, rəsmi AnkaraABŞ-ın Fəthullah Güləni Türkiyəyə təhvil verilməsini istəyir: "ABŞ prezidenti Barak Obama, vitse-prezident CoBayden və dövlət katibi Con Kerri də bizə Fətullah Gülənintəhvil verilməsini istədiklərini söyləyiblər. Bunu üçün bizdən sübut istədilər. Biz də həmin faktları onlara təqdim edirik. Dövlət çevrilişinə cəhdlə bağlı yeni dosye hazırlayırıq. Onuda ABŞ-a təqdim edəcəyik. Bu sahədə ABŞ-la əməkdaşlıq edirik, ancaq biz nəticə əldə etmək istəyirik. Ən yaxşı nəticə Fətullah Gülənin təhvil verilməsidir".

Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Fırat kalkanı" ("Fərat qalxanı") antiterror əməliyyatı haqqında danışan M.Çavuşoğlu deyib ki,İŞİD-in "iki paytaxt" dediyi Rakka və Mosulun azad edilməsi üçün Türkiyə təkbaşına hərəkət etməyəcək: "Bəzi müttəfiqilər bölgəyə quru qoşunlarıgöndərməyib. Biz də onlara deyirik ki, niyə Türkiyə tək hərəkət etməlidir? Əgər İŞİD bizim ortaq düşmənimizdirsə, ona qarşı birlikdə mübarizə aparmalıyıq".

OXŞAR XƏBƏRLƏR