Xameneinin ölümünə 54 milyon dollarlıq mərc qoyubmuşlar

Xameneinin ölümünə 54 milyon dollarlıq mərc qoyubmuşlar
DÜNYA
10:18 05.03.2026
11424
ABŞ-də bəzi investorların İranın Ali Lideri Ayətullah Əli Xameneinin ölümü ilə bağlı mərclər etdiyi iddia olunur. Məlumata görə, mərclərin ümumi həcmi 54 milyon dollar təşkil edib, lakin sonradan bu əməliyyatlar dayandırılıb.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, mərclər "Kalshi” adlı proqnozlaşdırma bazarı platformasında yerləşdirilib.

Bildirilir ki, investorlar Xameneinin 1 aprel tarixinə qədər liderlikdən gedəcəyi ehtimalına pul qoyublar.

İddialara əsasən, adının açıqlanmasını istəməyən bir investor Xameneinin 1 aprelə qədər liderlikdən getməsi ilə bağlı 3460 dollar dəyərində iki mərc edib və nəticədə 63 min dollardan çox qazanc əldə edib.

Məlumata görə, daha sonra platformada Xamenei ilə bağlı bütün əməliyyatlar dayandırılıb. Buna səbəb kimi mərclərin "birbaşa bir insanın ölümü ilə əlaqəli olması” göstərilib və ümumilikdə 54 milyon dollarlıq mərc dondurulub.

Məsələ ABŞ-də də müzakirələrə səbəb olub. Senator Kris Merfi bu cür mərcləri sərt tənqid edib:

"Bu, Amerika kommersiya əxlaqsızlığının zirvəsidir. İnsanlar başqalarının ölümünə mərc edilməsini normal qəbul etməməlidirlər”.

"The Washington Post” qəzeti isə yazıb ki, bu hadisə real həyat hadisələri üzərindən qurulan qumar bazarlarının sürətlə genişlənməsini və bunun yaratdığı etik problemləri bir daha gündəmə gətirib.

Qeyd olunur ki, oxşar hallar əvvəllər də baş verib. "Bubblemaps” analitika şirkəti ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Trampın məsləhət şurasında yer aldığı "Polymarket” proqnoz bazarında bəzi şəxslərin ABŞ-nin 28 fevralda İrana zərbə endirəcəyi ilə bağlı mərclərdən 1,2 milyon dollar qazandığını açıqlamışdı.

Həmçinin Pentaqonun kibersiyasət bölməsində çalışan bir məmurun Venesuela Prezidenti Nikolas Maduronun tutulması ilə bağlı mərcdən 400 min dollar qazandığı da bildirilmişdi.

Qeyd edək ki, "Kalshi”nin açıqlamasına görə, Xameneinin ölümünə pul qoyan müştərilər 54 milyon dollarlıq mərcdən heç birini qazana bilməyəcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
14:33 06.08.2026
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
14:28 06.08.2026
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
14:27 06.08.2026
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
14:27 06.08.2026
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
14:12 06.08.2026
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
14:01 06.08.2026
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
13:58 06.08.2026
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
Gəncədə davada öldürülən iki uşaq atasının - FOTOSU
13:49 06.08.2026
Gəncədə davada öldürülən iki uşaq atasının - FOTOSU