İran parlamentinin üzvü Əli Yəzdixah ölkənin neft ixracına maneə yaradılacağı təqdirdə, İranın regiondakı digər ölkələrin neft infrastrukturunu hədəfə ala biləcəyini bəyan edib.
Yəzdixah "Xane-ye Mellət” xəbər agentliyinə müsahibəsində bildirib ki, İranın neft ixracına icazə verilməsə, regionda heç bir ölkə normal fəaliyyətini davam etdirə bilməyəcək.
Hərbi dəniz blokadasına toxunan deputat parlament üzvlərinin blokadanın yarılmasının tərəfdarı olduğunu deyib. O əlavə edib ki, qarşı tərəf buna mane olmağa çalışarsa, İran yenidən hərbi qarşıdurmaya gedəcək.
Yəzdixahın sözlərinə görə, ilk mərhələdə BƏƏ, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanının neft quyuları hədəfə alına bilər.
///"Unikal”











































