Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə seçki komissiyasının 2 saylı seçki məntəqəsində səsvermə prosesi üçün hər cür şərait yaradılıb.
Burada olduğumuz müddətdə heç bir qayda pozuntusu və ya vətəndaş narazılığı ilə qarşılaşmamışıq.
Bu sözləri referendumla əlaqədar "exit-pol” aparan "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin məntəqədəki nümayəndəsi Rəhim Bayramlı bildirib. Qeyd olunub ki, məntəqədə ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə davam edir. Hər bir vətəndaş səsvermədə yüksək əhval-ruhiyyədə iştirak edir. Sorğular göstərir ki, indiyədək səsvermədə iştirak edən hər bir vətəndaş seçki məntəqəsində yaradılan şəraitdən və səsvermə prosesindən razıdır.
Azərtac