Ulu Öndər Heydər Əliyev: tərəqqipərvər, sülhsevər dünyanın sərvəti

Ulu Öndər Heydər Əliyev: tərəqqipərvər, sülhsevər dünyanın sərvəti
SİYASƏT
14:17 12.12.2016
1300
 Fərid ŞAHBAZLI,
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri
 
Bəzən tarixdə elə şəxsiyyətlər yetişir ki, onlar təkcə mənsub olduğu xalqın və dövlətin deyil, bir çox xalqların, hətta bəzən bütün tərəqqipərvər, sülhsevər dünyanının sərvəti hesab olunurlar. Bundan başqa, elə şəxsiyyətlər də olur ki, onlar yalnız yaşadığı dövrə deyil, əməlləri, işığı, ziyası ilə həm də gələcəyə məxsus olurlar. Hətta zaman keçdikcə, onların fikirlərinə, siyasi-mədəni irsinə daha çox ehtiyac duyulur, daha çox müraciət edilir.
 
Bu gün əbədiyyətə qovuşmasının 13-cü ilində böyük rəhmət və minnətdarlıq hissi ilə andığımız Ümummilli lider Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Bütün varlığı ilə Azərbaycana bağlı olmuş bu dahi insanın vəfatından sonra nəinki Qafqaz regionunda, bütün keçmiş SSRİ məkanının siyasi palitrasında dərin bir boşluğun yarandığını dövrümüzün ən tanınmış siyasi xadimləri etiraf etmişlər. Heydər Əliyevin siyasi mülahizələri, iqtisadi düşüncələri, idarəetmə texnologiyalarının kamil bilicisi olması zaman kecdikcə bir məktəb olaraq əksər ölkələrdə öyrənilməyə və tətbiq olunmağa başlanması da dediklərimizə əyani sübutdur.
 
ABŞ prezidenti Corc Buşun "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin "Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir”, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın "Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin "Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür”, Qırğızıstan Xalq yazıçısı Çingiz Aytmatovun "Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin qurucularındandır”, Kalmıkiya Respublikasının və FİDE-nin Prezidenti Kirsan İlyuminovun "Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir” kimi fikirləri və bu kimi çoxsaylı dəyərləndirmələr də Heydər Əliyevin nəinki Azərbaycan tarixində, eləcə də dünyada malik olduğu yeri doğru-düzgün müəyyənləşdirməkdədir.
 
Bəli, istər Sovet dönəmində, istərsə də Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşduqdan sonra az qala yarım əsrlik bir dövrdə Heydər Əliyevin mənsub olduğu xalq və rəhbəri olduğu dövlət üçün gördüyü işlər heç bir ölçüyə, mizan-tərəziyə sığmaz və sadalamaqla qurtarmaz. Sadəcə bir faktı xatırlatmaq kifayət edir ki, hərbi, siyasi və iqtisadi cəhətdən qüdrətli müstəqil Azərbaycan Respublikası məhz Heydər Əliyevin dühasının, Heydər Əliyev zəkasının və Heydər Əliyev uzaqgörənliyinin məhsuludur. O Azərbaycan ki, məhz Ulu Öndərin yaratdığı böyük məktəbin məzunu olan Cənab İlham Əliyevin rəhbərliyi altında bu gün parlaq gələcəyə, uğurla sabahlara inamla irəliləməkdədi. Əbədiyyətə 13-cü ilində böyük rəhmət və minnətdarlıq hissi ilə andığımız Ümummilli lider Heydər Əliyevin yoxluğu cismani bir yoxluqdur... Onun əziz və nurlu xatirəsi daima Azərbaycan xalqının qəlbində yaşayacaqdır! 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO