2017-ci ildə “Nar” bölgələrdəki şəbəkəsini daha da gücləndirib

İQTİSADİYYAT
11:21 28.08.2017
1216

Abunəçilərin rahat və kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə "Nar” özünün yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini uğurla davam etdirir. Azərbaycanın müxtəlif regionlarında yaşayan abunəçilərin artmaqda olan rabitə və internetdən istifadə tələblərinin qarşılanması məqsədilə mobil operator 2017-ci ildə bölgələrdə 194 yeni 3G baza stansiyası quraşdırıb. Bu ilin yanvar ayından etibarən, Biləsuvar, Daşkəsən, Füzuli, Qəbələ, Gəncə, Goranboy, Göygöl, Quba, Qusar, Hacıqabul, İmişli, İsmayıllı, Cəlilabad, Xaçmaz, Xızı, Kürdəmir, Lənkəran, Saatlı, Sabirabad, Salyan, Şəki, Şamaxı, Şabran, Siyəzən və Tovuz rayonlarının ərazisində yeni baza stansiyaları quraşdırılaraq abunəçilərin istifadəsinə verilib.

 

Qeyd edək ki, "Nar” işğaldan azad edilmiş ərazilərdə də şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirir. Bir neçə ay öncə operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara verilməsini elan etdi. Artıq "Nar” abunəçiləri qeyd edilən ərazidə də 3G və 2G xidmətlərindən yararlana bilirlər. Sərfəli qiymət və yüksəkkeyfiyyətli xidmət prinsiplərinə sadiq qalan mobil operator şəbəkəsinin daha da gücləndirilməsi istiqamətindəki işləri davam etdirməyi planlaşdırır.

 

"Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

 

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya