Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın
SOSİAL
16:38 27.03.2017
1288

 

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

AZXEBER.COM  FHN-ə istinadən xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 115 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 kvadratmetr sahədə və 2 otağının qapısı yanıb.

Yüksək temperaturdan 16 kvadratmetr sahədə dəhlizin divarları qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


 
OXŞAR XƏBƏRLƏR