Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib.
O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Əməkdar artist səhhəti haqda özü məlumat verib:
"Axşam saat 2 radələrində özümü pis hiss etdim və "təcili yardım” vasitəsilə xəstəxanaya gətirildim. Nevroz diaqnozu qoyulub, müalicəyə başlanılıb. On gün xəstəxanada müalicə olunacağam. İnsult keçirməmişəm”.
Aktyor xəstəliyinin işi ilə bağlı olmadığını deyib: "İşimlə, teatrla bağlı heç bir problem yoxdur. Hər şey yaxşı idi. Bir müddət əvvəl rayonda istirahət edirdim, qəflətən səhhətim pisləşdi. Tez Bakıya gəldim və hazırda da xəstəxanadayam”. /// teleqraf
