Baş Prokurorluq işçi axtarır

Baş Prokurorluq işçi axtarır
SOSİAL
12:25 15.08.2017
867
Baş Prokurorluq 60 ştat vahidi üzrə qulluğa qəbul üçün növbəti müsabiqə elan edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

"Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, prokurorluğa işə qəbul edilmirlər:

- ikili vətəndaşlığı olan şəxslər;

- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

- din xadimləri;

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən, fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;

- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;

- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.

"Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən, müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər müvafiq formada ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər:

- şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti;

- ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri;

- 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.

Sənədlər 05 sentyabr 2017-ci il tarixdən etibarən Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) hər gün (istirahət və bayram günləri, iş günü hesab edilməyən digər günlər istisna olmaqla) saat 10:00-dan 17:30-dək qəbul olunacaqdır.

Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaq.

Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
16:15 05.03.2026
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
14:41 05.03.2026
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
14:39 05.03.2026
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi