Bakıda kütləvi dava

Bakıda kütləvi dava
SOSİAL
17:21 10.10.2017
1201

Bakıda kütləvi dava-dalaş olub. 

Nizami rayonu ərazisində bir qrup şəxs arasında dava düşüb. 

Bu zaman 28 yaşlı Qərib Səfərov bıçaqlanıb. 33 yaşlı Ruslan Hüseynovun isə körpücük sümüyü sındırılıb. Onların ikisi də 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, davada iştirak edən 4 nəfər qaçıb. Onların bəzilərinin kimliyi müəyyənləşdirilib.
 
Əməliyyat-axtarış tədbirləri davam etdirilir

///Lent.az
OXŞAR XƏBƏRLƏR