Sarkisyan prezidentlərin görüşündə yatdı - Video

Sarkisyan prezidentlərin görüşündə yatdı - Video
SİYASƏT
10:00 12.10.2017
1220
Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında diqqətləri özünə çəkib.
 
AZXEBER.COM  AzVision.az-a istinadən xəbər verir ki, prezidentlərin görüşündə diqqət çəkən məqam Sarkisyanın çıxışı yox, yuxuya getməsi olub.
 
Tacikistan prezidenti İmaməli Rahmon çıxış edən zamanı Sarkisyanın yatması gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanın yatmasını ümumi planda efirə verib.
 
Qeyd edək ki, bu, Sarkisyanın rəsmi iclaslarda yatması ilə bağlı ilk hal deyil. Belə ki, Belarusun paytaxtı Minskdə MDB Dövlət başçıları Şurasının Sammitində və ATƏT-in iclasında da erməni prezident yatmağı ilə gündəmə gəlib.
 

OXŞAR XƏBƏRLƏR