İcra başçısı Mübariz Ağayevin Qubadakı villasını belə yanıb kül oldu– VİDEO

SOSİAL
14:20 30.10.2017
8021

Xəbər verdiyimiz kimi, Qubanın sabiq icra başçısı, hazırda Göyçay rayonun icra başçısı Mübariz Ağayevin rayondakı evlərinin birinin kül olması ilə nəticələn müəmmalı yanğın gündəmin əsas xəbərlərindən biridir.

AZXEBER.COM-un Yeni Müsavata istinadən verdiyi xəbərə görə, Almaniyada müalicədə olunan icra başçısı evinin yanması ilə bağlı məlumat əldə etdikdən sonra təəcili ölkəyə qayıdıb. Rəsmi məlumata görə, Mübariz Ağayevə məxsus evin 8 otağı əşyalarla birgə yanıb və yararsız vəziyyətə düşüb. Yanğının səbəbləri araşdırılsa da, Qubada artıq bu barədə xeyli şayiələr və söz-söhbətlər yayılıb. Rayondan aldığımız məlumata görə, sabiq icra başçısının evində yanğının qəsdən ola biləcəyi ilə bağlı müxtəlif söz-söhbətlər var.


 


AZXEBER.COM-a sözügedən yanğınla bağlı özəl video göndərilib. Videodan da göründüyü kimi ikimərtəbəli olan villa bir neçə saata tamamilə külə çevrilib.

Qeyd edək ki, Qubada 2012-ci ildə baş vermiş etiraza səbəb icra hakimiyyəti başçısı Rauf Həbibovun yerli əhalini təhqir edən çıxışının youtube.com saytına yerləşdirilməsindən sonra baş vermişdi. Əhali icra başçısının evini, yardımçı tikililərini yandırmışdı. Belə bir gərgin vaxtda rayonun o zamankı kuratoru nəqliyyat naziri Ziya Məmmədovun dəstəyi ilə (M.Ağayevlə sabiq nazir bir rayondandır) rəhbər təyin edilən M.Ağayev isə etimadı doğrultmadı. Düşünmək olardı ki, məmur özbaşınalıqlarının az qala üsyan həddinə gətirdiyi Qubada M. Ağayev əsaslı dönüş yaradacaq. Lakin, onun rəhbərliyinin "Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər.

Onun rəhbərliyi dönəmində kütləvi etirazlar olmasa da, icra başçısının əhalinin deyil, öz yaxın adamlarının güzaranını fikirləşdiyi, rayon ərazisində bir neçə yerdə villa tikdirdiyi xəbərləri mediada günlərlə müzakirə olunub. Ümumiyyətlə M.Ağayevin adı korrupsiyalaşmış məmurlar sırasında ön sıralarda çəkilib.

Bundan başqa Mübariz Ağayev keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun ən yaxın adamlarından biri hesab edilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb