Bakıda qadın kişini bıçaqladı

KRİMİNAL
09:59 10.11.2017
1408
Bakıda orta yaşlı kişi qadın tərəfindən bıçaqlanıb.
 
AZXEBER.COM  report.az-a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda baş verib.
 
Belə ki, Azadlıq prospektində, 47 nömrəli orta məktəbin yaxınlığında 1985-ci il təvəllüdlü Babayev Rövşən İlham oğlu tanıdığı qadınla mübahisə edib. Mübahisə zamanı qadın bıçaqla onun əlinə xəsarət yetirib.
 
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.

OXŞAR XƏBƏRLƏR