Sabah sulu qar yağacaq

Sabah sulu qar yağacaq
SOSİAL
13:05 24.11.2017
1094
Sabah Bakıda və Abşeron yarımadasındabəzi yerlərdə yağış yağacağı gözlənilir. Şəhərətrafı ərazilərdə isə yağışın arabir sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin AZXEBER.COM-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. 
 
Tibbi-meteoroloji proqnoz

Noyabrın 25-26-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, noyabrın 25-də arabir güclənən xəzri küləyinin noyabrın 26-da gilavar küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

OXŞAR XƏBƏRLƏR