2018-ci ildə böyük ekranlı metal “iPhone” buraxılacaq

2018-ci ildə böyük ekranlı metal “iPhone” buraxılacaq
DÜNYA
20:44 16.12.2017
1404
ABŞ-ın "Apple” korporasiyası gələn il birdən-birə üç yeni "iPhone”un təqdimatını keçirə bilər. 
 
AZXEBER.COM fins.az-a istinadən xəbər verir ki, çox güman onların fərqli cəhəti ekranlarının daha böyük olması olacaq.

Hazırda şirkətin əməkdaşları 6,3 və 5,8 düym həcmli OLED ekranlı "iPhone” variantları üzərində işləyirlər. Bundan başqa, onlar 6,1 düym həcmli ənənəvi maye-kristal (LCD) displeyli "iPhone” istehsal edəcək. 

LCD model metal arxa panelə malik olacaq. Bu səbəbdən o, naqilsiz enerji doldurulması texnologiyasını dəstəkləməyəcək. Bu il "Apple” 5,8 düym ekranlı "iPhone X”, 4,7 düym displeyli "iPhone 8” və 5,5 düym həcmli ekrana malik "iPhone 8 Plus” smartfonlarını xüsusi olaraq bu funksiyanı dəstəkləmək üçün şüşə panellərlə təchiz edib. 

Təxmin edilir ki, LCD displeyli metal "iPhone” OLED displeyli "iPhone”dan daha ucuz olacaq.

OXŞAR XƏBƏRLƏR