Polis əməliyyat keçirdi - Tutulanlar var

Polis əməliyyat keçirdi - Tutulanlar var
SOSİAL
10:38 10.02.2018
2302
Respublika ərazisində ötən gün ərzində daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 17-si "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumatda bildirilib ki, axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd olunur ki, ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
OXŞAR XƏBƏRLƏR